04:15
(077) 610-22-33

Ramil Quliyev Useyn Bolta rəqib oldu

  • >
4 201 18 Avqust 2016 12:44 | İdman

Rioda keçirilən olimpiya oyunlarında atletika yarışlarında 200 metr məsafəyə qaçışda yarım final mərhələsi başa çatıb.


AzNews.az xəbər verir ki, Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı yüngül atlet Ramil Quliyev finala vəsiqə qazanıb. 200 metr məsafəyə qaçışda Türkiyəni təmsil edən sprinter 20,09 saniyə ilə 7-ci yerdə qərarlaşaraq finala yüksəlib. Finalda Ramil Quliyev Useyn Bolt (Yamayka), Laşon Merrit (ABŞ), Kristof Lemetr kimi məşhur sprinterlərlə yarışacaq. Final yarışları avqustun 19-da, Bakı vaxtı ilə 05:30-da keçiriləcək.

Xatırladaq ki, Ramil Quliyev 2011-ci ildə Azərbaycan Atletika Federasiyası ilə müəyyən problemlər yaşadığı üçün Azərbaycandan imtina edərək qardaş Türkiyə vətəndaşlığını qəbul edib. Elə həmin ildən Türkiyə milli komandasının üzvüdür.

Aygün İLQARQIZI
AzNews.az
Bağla X