01:01
(077) 610-22-33

Joze Mourinyo “Real”ı tərk edir

  • >
355 3 Dekabr 2012 16:34 | İdman

Joze Mourinyo 2012-2013-cü il mövsümünün sonunda İspaniyanın "Real Madrid" futbol komandasının baş məşqçi postundan ayrılacaq. Lent.az-ın məlumatına görə, bu sensasion xəbəri kluba yaxınlığı ilə tanınan "Marca" qəzeti yazıb.

Xəbərdə bildirilir ki, son zamanlar Mourinyo ilə prezident Florentino Peres arasında fikir ayrılıqları yaranıb. Daha öncə portuqaliyalı mütəxəssis "Real"ın futbolçuları və azarkeşləri ilə də problemlər yaşayıb. Qeyd edək ki, Fransa mətbuatı Joze Mourinyo ilə PSJ-nin maraqlandığını bildirir.

AzNews.az
Bağla X