Kirsan İlyumjinov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti postundan istefa verməsi ilə bağlı məlumatları təkzib edib. Kirsan İlyumjinov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti postundan istefa verməsi ilə bağlı məlumatları təkzib edib.

Kirsan İlyumjinov təkzib etdi - “Məni əvəz etmək istəyirdilər” + Yenilənib

Kirsan İlyumjinov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti postundan istefa verməsi ilə bağlı məlumatları təkzib edib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə o, TASS-a açıqlamasında bildirib.

FİDE prezidenti təşkilatın rəhbəri vəzifəsindən getmədiyini açıqlayıb: "Məni əvəz etmək istəyirdilər, lakin bu alınmadı. Mən heç nəyi imzalamadım, istefaya da getmirəm. Hesab edirəm ki, bu, amerikalıların işidir".

Qeyd edək ki, FİDE-nin rəsmi saytında martın 26-da Afinada keçirilən iclasda Kirsan İlyumjinovun təşkilatın prezidentliyindən istefa verdiyi haqda məlumat yerləşdirilib.

***

17:03

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov vəzifəsindən istefa verib.

Trend-in məlumatına görə, faktı federasiyanın rəsmi saytı da təsdiq edib.

Gələn ay FIDE-nin növbədənkənar toplantısının keçiriləcəyi bildirilir.

AzNews.az