"Yaxşı ki, bu turadək hər şeyə aydınlıq gəldi. Biz də komandamızın hansı yeri tutacağını bildik. Bunun sayəsində "Sumqayıt"a qarşı ehtiyat oyunçuları buraxaraq, əsas futbolçuları "Qarabağ"la final matçına saxladıq". "Yaxşı ki, bu turadək hər şeyə aydınlıq gəldi. Biz də komandamızın hansı yeri tutacağını bildik. Bunun sayəsində "Sumqayıt"a qarşı ehtiyat oyunçuları buraxaraq, əsas futbolçuları "Qarabağ"la final matçına saxladıq".

"11 qolla bombardirlik gülməlidir" - Roman Qriqorçuk

"Yaxşı ki, bu turadək hər şeyə aydınlıq gəldi. Biz də komandamızın hansı yeri tutacağını bildik. Bunun sayəsində "Sumqayıt"a qarşı ehtiyat oyunçuları buraxaraq, əsas futbolçuları "Qarabağ"la final matçına saxladıq".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra deyib.

Ukraynalı mütəxəssis bombardir olma şansına malik Filip Ozobiçi meydana buraxmamasını belə əsaslandırıb: "İlk növbədə Ozobiçi yox, komandanın oyununu düşünürük. Digər tərəfdən, bombardir üçün 11 qol gülməli göstəricidir. Bu barədə deyiləcək bir söz yoxdur. İstəməzdim ki, mənim oyunçum bu qədər qolla siyahıda birinci olsun. İndiyədək 27 oyun keçirsək də, 142 qol vəziyyətindən yararlana bilməmişik. Bunlar konkret real imkanlar idi. Ozobiçin özünə gəldikdə, o, imkanlarının 1/3-dən yararlansaydı, bombardirlər siyahısında göstəricisi çox böyük olardı".

AzNews.az