- Köhnə - İdman
- 6 May 2017 13:47
- 4 576
Yoahim Lövə Çindən təklif gəldi
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Çin yığmasının təklifini dəyərləndirəcək
AzNews.az "Report"a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssisə 50 milyon avro məbləğində 2 illik müqavilə təklif olunub.
Lövün Almaniya Futbol İttifaqı ilə hazırkı anlaşması 31 iyul 2020-ci ilədəkdir.
Onun rəhbərliyi altında Bundestim 2014-cü il dünya çempionatının qalibi olub.
Qeyd edək ki, Almaniya millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. İki komanda arasında martın 26-da Bakıda keçirilmiş ilk görüşdə qonaqlar qalib gəlib - 4:1.
AzNews.az