08:41
(077) 610-22-33

Qadın hərbçimiz dünya çempionu olub

  • >
8 562 12 May 2017 15:33 | İdman

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsinin giziri Günay Əliyeva Kempo Karate və Kobudo üzrə dünya çempionatının qalibi olub.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən xəbərə görə, artıq 12 ildir ki, idmanın Karate növü ilə məşğul olan “birinci dan qara kəmər” ustası olan xanım hərbi qulluqçu mayın 4-dən 7-nə kimi Ukraynanın Xarkov şəhərində təşkil olunmuş Kempo Karate və Kobudo üzrə dünya çempionatından iştirak edərək qalib gəlib.

2008-ci ildə Asiya çempionu adını qazanan Günay Əliyeva, 2011-ci ildə Gürcüstanda keçirilən kinq-boksinq üzrə çempionatda Zaqafqaziya çempionu adını, həmin ildə Ukraynada keçirilən Dünya çempionatında isə 3-cü yeri qazanıb.

Bağla X