08:29
(077) 610-22-33

Azərbaycan ilk qızıl medalını qazandı- İslamiadada

  • >
2 267 13 May 2017 13:57 | İdman

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ilk çempionun adına aydınlıq gəlib.

AzNews.az apasport.az saytına istinadən xəbər verir ki, ilk medal dəsti Bakı Atıcılıq Mərkəzində öz sahibini tapıb.

Kişilərin 10 metr pnevmatik tüfənglə atıcılıq yarışının qalibi adını türkiyəli Ömər Akgün qazanıb. O, Bakıdakı İslamiadanın ilk qalibi kimi tarixə düşüb. Akgün 249.8 xal toplayaraq, gərgin şəraitdə keçən final mərhələsini qələbə ilə başa vurub. 245.5 xal toplayan banqladeşli Rabbi Həsən Munnay gümüş, 224.1 xal toplayan özbəkistanlı Sədxan Sayfuddinov isə bürünc medal əldə edib.

Azərbaycan yığması da ilk medalını atıcılıqda qazanıb. Ruslan Lunyov kişilərin 25 metr məsafədən tapança ilə mərkəzə atəş açmaq yarışında hamıdan dəqiq olub. Bununla da təmsilçimiz qızıl medala yiyələnib.

Bağla X