Əfsanəvi Formula 1 pilotu Mixael Şumaxer 1991-ci ildə debüt edib. Əfsanəvi Formula 1 pilotu Mixael Şumaxer 1991-ci ildə debüt edib.

Şumaxeri Formula 1- ə gətirən bu sənəd hərraca çıxarılır - Foto

Əfsanəvi Formula 1 pilotu Mixael Şumaxer 1991-ci ildə debüt edib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, onun F1 yarışlarına qatılmasına icazə verən superlisenziya avqustun 3-də verilib.

Həmin superlisenziya Şumaxer və FİA-nın (Beynəlxalq avtomobil federasiyası) prezidenti Jan-Mari Balestr tərəfindən imzalanıb.

Bu sənəd hazırda Riçmond adlı kaliforniyalı kolleksionerə məxsusdu. O, bu sənədi ebay-də satışa çıxarmaq qərarına gəlib.

Kolleksionerin sözlərinə görə, bu superlisenziya orijinaldır və Almaniyada hərracda əldə olunub. Superlisenziyanın ilkin satış qiyməti 11.5 min dollardır.

Fəridə Abdullayeva

AzNews.az