02:02
(077) 610-22-33

“Baku World Open” turnirinə start verildi

  • >
2 466 5 Avqust 2017 20:52 | İdman

Avqustun 5-də Bakı Su İdmanı Sarayında futvole (çimərlik voleybolu və futbolun sintezi) üzrə beynəlxalq turnirə start verilib.

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Azərbaycan Futnet Assosiasiyasının təşkilatçılığı ilə keçirilən turnir iki gün davam edəcək.

“Baku World Open” adlanan turnirdə kişilərdən ibarət 8, qadınlardan ibarət 4 komanda mübarizə aparır.

Qadınların yarışında Azərbaycan, Rusiya (iki komanda) və Ukrayna iştirak edir. Kişilərin yarışda Azərbaycan yığması ilə yanaşı, Rusiya (iki komanda), Finlandiya, Pakistan, Hollandiya, İran və Ukrayna komandaları mübarizə aparır.

“Baku World Open” turniri beynəlxalq futvoley yarışları sırasına daxildir.

AzNews.az

Bağla X