Bu həftə Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümü start götürəcək. Üç günü əhatə edəcək ilk turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. Bu həftə Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümü start götürəcək. Üç günü əhatə edəcək ilk turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqasında ilk turun oyun cədvəli müəyyənləşib

Bu həftə Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümü start götürəcək. Üç günü əhatə edəcək ilk turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, oyun cədvəlinə görə avqustun 11-də “Bakcell Arena”da paytaxtın “Neftçi” komandası Ağdamın “Qarabağ” klubunu qəbul edəcək. Matç saat 21:00-da başlayacaq.

İlk tur çərçivəsində bir gün sonra Bakının “İnter” klubu “İnter Arena”da “Qəbələ” komandası ilə görüşəcək. Bu qarşılaşmaya saat 20:00-da start veriləcək.

Avqustun 13-də saat 19:00-da başlayacaq matçda isə “Zirə” komandası eyni adlı idman kompleksinin stadionunda “Səbail” ilə oynayacaq.

Tura “Sumqayıt”–“Kəpəz” kollektivlərinin oyunu ilə yekun vurulacaq. “Kapital Bank Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

AzNews.az