Çempionlar Liqasının play-off mərhələsində keçiriləcək “Qarabağ” – “Kopenhagen”​ (Danimarka) oyununa hakim təyinatları açıqlanıb. Çempionlar Liqasının play-off mərhələsində keçiriləcək “Qarabağ” – “Kopenhagen”​ (Danimarka) oyununa hakim təyinatları açıqlanıb.

“Qarabağ”ın matçını bu hakimlər idarə edəcək

Çempionlar Liqasının play-off mərhələsində keçiriləcək “Qarabağ” – “Kopenhagen”​ (Danimarka) oyununa hakim təyinatları açıqlanıb.

AzNews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 15-i saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Paolo Talyaventonun başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.

45 yaşlı Talyaventoya Alessandro Calyatini və Alessandro Kostantso yan xətt, Massimiliano İrrati və Antonio Damato əlavə köməkçi, Filippo Meli isə dördüncü hakim qismində kömək edəcəklər. Hakim-inspektor avstriyalı Frits Stuxlik, UEFA nümayəndəsi bolqarıstanlı Andrey Medintsev olacaq.