Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna “Səbail” -“Neftçi” oyunu ilə start verilib. Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna “Səbail” -“Neftçi” oyunu ilə start verilib.

"Neftçi" son dəqiqədə uduzdu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna “Səbail” -“Neftçi” oyunu ilə start verilib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, “Dalğa Arena”da Ramil Diniyevin idarə etdiyi matın ilk hissəsində hesab açılmayıb.

Görüşün ikinci hissəsinin sonunda hesab açılıb. "Səbail" futbol klubunun oyunçusu Elman Taqayev görüşün 90-cı dəqiqəsində komandasının qələbə topunu vurub.