Türkiyəni təmsil edən əslən azərbaycanlı Ramil Quliyev Avropanın ən yaxşı kişi atleti adına namizədlərdən ibarət qısa siyahıya düşüb. Türkiyəni təmsil edən əslən azərbaycanlı Ramil Quliyev Avropanın ən yaxşı kişi atleti adına namizədlərdən ibarət qısa siyahıya düşüb.

Ramil Quliyev Avropanın ən yaxşı kişi atletləri sırasında

Türkiyəni təmsil edən əslən azərbaycanlı Ramil Quliyev Avropanın ən yaxşı kişi atleti adına namizədlərdən ibarət qısa siyahıya düşüb.

AzNews.az Oxu.az-a istinadən xəbər verir ki, Avropa Atletika Assosiasiyasının rəsmi saytının yaydığı xəbərə görə, 27 yaşlı idmançı 2017-ci ilin ən yaxşı 3 atleti sırasında yer alıb.

Digər namizədlər isə fransalı onnövçü Kevin Mayerlə almaniyalı nizə atıcısı Yohannes Fetteldir.

Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanıb.