Noyabrın 21-də Bakıda FIFA İcraedici Futbol Sammiti keçiriləcək. Noyabrın 21-də Bakıda FIFA İcraedici Futbol Sammiti keçiriləcək.

Bakıda FIFA sammiti keçiriləcək

Noyabrın 21-də Bakıda FIFA İcraedici Futbol Sammiti keçiriləcək.

AzNews.az AFFA-ya istinadən xəbər verir ki, tədbirdə FIFA-nın prezidenti Canni İnfantino, FIFA-nın baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FIFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcəklər.

Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildir.