Çempionlar Liqasının qrup mərhələsinin V tur matçı çərçivəsində Bakı Olimpiya stadionunda keçən qarşılaşmada "Qarabağ" "Çelsi"yə 4 cavabsız qolla məğlub oldu. Çempionlar Liqasının qrup mərhələsinin V tur matçı çərçivəsində Bakı Olimpiya stadionunda keçən qarşılaşmada "Qarabağ" "Çelsi"yə 4 cavabsız qolla məğlub oldu.

"Qarabağ" "Çelsi"yə məğlub oldu - 2 penal, 1 qırmızı kartla (Foto)

Çempionlar Liqasının qrup mərhələsinin V tur matçı çərçivəsində Bakı Olimpiya stadionunda keçən qarşılaşmada "Qarabağ" "Çelsi"yə 4 cavabsız qolla məğlub oldu.

AzNews.az xəbər verir ki, oyunun 19-cu dəqiqəsində “Çelsi”nin hücumçusu Villiana qarşı kobud oyuna görə kapitan Rəşad Sadıqova qırmızı vərəqə göstərib. Eden Azar matçın 21-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsindən komandasını hesabda irəli çıxarıb - 1:0.

Matçın 36-cı dəqiqəsində "Çelsi"nin 22 nömrəli oyunçusu Villian komandasının növbəti qolunu vurub - 2:0.

Oyunun 73-cü dəqiqəsində "Çelsi"nin 4 nömrəli oyunçusu Cesc Fabregas 11 metrlik cərimə zərbəsindən komandasının 3-cü qolunu vurub.

Oyunun sonlarına yaxın Villian komandasının növbəti - 4-cü qolunu vurub.

Ağdam təmsilçisi qrupda sonuncu oyununu dekabrın 5-də səfərdə "Roma"ya qarşı keçirəcək.