"İlk oyundan fərqli olaraq ikinci matç bizim üçün daha asan olacaq. Çünki rəqibi tanıyırıq və onlara qarşı yaxşı oynaya biləcəyimizi bilirik". "İlk oyundan fərqli olaraq ikinci matç bizim üçün daha asan olacaq. Çünki rəqibi tanıyırıq və onlara qarşı yaxşı oynaya biləcəyimizi bilirik".

"Azərbaycanla oyun asan olacaq" - Kosova millisinin oyunçusu (Video)

"İlk oyundan fərqli olaraq ikinci matç bizim üçün daha asan olacaq. Çünki rəqibi tanıyırıq və onlara qarşı yaxşı oynaya biləcəyimizi bilirik".

AzNews.az Kosovo Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Kosovonun U-21 millisinin futbolçusu Mirlind Daku Avropa çempionatının seçmə mərhələsində yığmamızla oyun öncəsi deyib.

O, Azərbaycanla ilk matçda çoxlu qol epizodu yaratdıqlarını söyləyib: "Onlara qarşı ilk görüşdə yaxşı oynadıq, çoxlu qol epizodu yaratdıq. Ancaq bu dəfə inanıram ki,qol epizodlarından istifadə edəcəyik. Hava bizə məşq etməyə imkan vermədi. Amma düşünürəm ki, biz tam hazırıq".

Qeyd edək ki, bu gün Mitrovitsa şəhərində Adem Yaşari Olimpiya stadionunda baş tutacaq Kosovo – Azərbaycan oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Bu kollektivlərin ilk görüşündə qolsuz heç-heçə qeydə alınıb.

Kosova milli yığmasının məşq prosesi qarlı hava şarətində keçib. Həmin görüntüləri sizə təqdim edirik.