Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Azərbaycan millisinin heyətində Dəyişiklik

Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

AFFA-nın rəsmi saytı xəbər verir ki, yığmamızın baş məşqçisi Qurban Qurbanov Elvin Yunuszadəni düşərgədən kənarlaşdırıb.

Buna “Qarabağ”ın futbolçusunun nizam-intizam qaydalarını pozması səbəb olub.

Qeyd edək ki, E.Yunuszadə ilə yanaşı, Araz Abdullayevin də adı Belarusla yoxlama matçının iştirak ərizəsinə salınmayıb. Görüşdən sonra keçirilən mətbuat konfransında Q. Qurbanov bu futbolçulardan birinin Türkiyəyə aparılmayacağını bildirib.

Qeyd edək ki, yığmamız martın 27-də Antalyada Makedoniya ilə qarşılaşacaq.