Türkiyə Futbol Federasiyasının Apellyasiya Komitəsi "Başakşehir"in futbolçusu Arda Turanın cəzasını azaldıb. Türkiyə Futbol Federasiyasının Apellyasiya Komitəsi "Başakşehir"in futbolçusu Arda Turanın cəzasını azaldıb.

Arda Turanın cəzası azaldıldı

Türkiyə Futbol Federasiyasının Apellyasiya Komitəsi "Başakşehir"in futbolçusu Arda Turanın cəzasını azaldıb.

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı futbolçunun 16 oyunluq cəzası 10 matça endirilib. İntizam Komitəsinin qəbul etdiyi 39 min cərimə isə qüvvədə qalıb.

Qeyd edək ki, Arda Turan Türkiyə Super Liqasının XXXII turunda "Sivasspor"la ev oyununda yan xətt hakiminə hücum edərək onu itələdiyi, hədələdiyi və təhqir etdiyi üçün ağır cəza alıb.

AzNews.az