Futbol üzrə Fransa yığma komandasının sabiq forvardı Tyerri Anri "Bordo" klubunun baş məşqçisi təyin oluna bilər. Futbol üzrə Fransa yığma komandasının sabiq forvardı Tyerri Anri "Bordo" klubunun baş məşqçisi təyin oluna bilər.

Anri "Bordo"ya baş məşqçi gəlir?

Futbol üzrə Fransa yığma komandasının sabiq forvardı Tyerri Anri "Bordo" klubunun baş məşqçisi təyin oluna bilər.

"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, hazırda Anri Belçika milli komandasında baş məşqçi Roberto Martinesin köməkçisi vəzifəsində çalışır.

"Bordo"nun hazırkı baş məşqçisi Qustavo Poyetdir. O, bu vəzifəyə 20 yanvar 2018-ci il tarixində təyin olunub. Avqustun 17-də hücumçu Qaetan Labordenin "Monpelye" komandasına transferini tənqid etməsi səbəbindən klub rəhbərliyi onu bir həftəlik vəzifəsindən kənarlaşdırıb.

"Bordo" 2017/18-ci illər mövsümündə Fransanın I Liqasında 38 oyuna 55 xalla 6-cı yeri tutub. Komanda 16 qələbə qazanıb, 7 dəfə heç-heçə edib və 15 matçda məğlubiyyətlə barışıb.

AzNews.az