10:04
(077) 610-22-33

Beynəlxalq velosiped turundan FOTOLAR

  • >
791 1 May 2013 12:11 | İdman

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d Azerbaidjan" beynəlxalq velosiped turu davam edir.

AzNews.az-ın AzərTac-a istinadən verdiyi xəbərə görə, yarışın birinci mərhələsi Heydər Əliyev Mərkəzi – metronun "Koroğlu" stansiyası – Heydər Əliyev Mərkəzi marşrutu üzrə ümumi uzunluğu 157 kilometr olan mərhələ 11 dövrə vurmaqla başa çatacaq.

Altıncı dövrədən sonra yarışda Azərbaycanı təmsil edən "Synergy Baku Cycling Project" komandasının velosipedçisi Konnor Makkonvey bütün rəqiblərini qabaqlayaraq veloturun lideridir. İdmançımız ən yaxın izləyicisi olan Lüksemburqun "Leopard" kollektivinin velosipedçisi Kristian Huqqarddan 4,1 saniyə irəlidədir.

Qeyd edək ki, "Tour d Azerbaidjan"da ümumilikdə 25 komanda birincilik uğrunda mübarizə aparır. Bunları 17-si kontinental komanda, 2-si klub, 6-sı isə yığma komandadır. Hər komandanın heyətində altı idmançı ilə yarışır.

AzNews.az
image description image description image description image description
Bağla X