22:52
(077) 610-22-33

“Fənərbaxça“ azarkeşlərini məyus etdi

  • >
205 3 May 2013 07:20 | İdman

Avroliqada yarımfinal mərhələsinin cavab görüşləri başa çatıb.

Apasport.az saytının məlumatına görə, Amsterdamda keçiriləcək final matçının iştirakçıları məlum olub.

Kuboku qazanmağa əsas namizəd olan "Çelsi" "Stemford Bric"də "Bazel"i sınağa çəkib. London klubu bu cütün taleyini demək olar ki, İsveçrədə həll etmişdi. Evində 2:1 hesabı ilə uduzan "Bazel"in səfərdə "zadəganlar"ı məğlub edəcəyi heç də inandırıcı deyildi.

Düzdü, qonaqlar qarşılaşmada hesabı açıb, fasiləyə minimal hesablı üstünlüklə yollanmağı bacarıb. Lakin ikinci yarıya daha yaxşı başlayan "Çelsi" 9 dəqiqəyə 3 qol vuraraq, finala vəsiqə qazanıb.

Digər cütdə isə şanslar bərabər idi. İlk görüşdə İstanbulda qazanılan qələbə sayəsində "Fənərbaxça" həlledici oyuna bir qədər yaxın olsa da, "Benfika" "sarı bülbüllər"ə tarix yazmağa imkan verməyib. Bu matçda da meydan sahibləri rəqibi üzərində 3:1 hesabı ilə qalib gələrək, digər finalçı olub.

Beləliklə, həlledici mərhələdə "Çelsi" ilə "Benfika" qarşılaşacaq.

2 may
"Çelsi" (İngiltərə) – "Bazel" (İsveçrə) - 3:1
QOLLAR:Torres, 50, Moses, 52, Luis, 59 - Salah, 45
İlk oyun – 2:1

"Benfika" (Portuqaliya) – "Fənərbaxça" (Türkiyə) - 3:1
QOLLAR:Nikolas Qaytan, 9, Oskar Kardoso, 35; 66 - Dirk Kuyt, 23 (pen)
İlk oyun – 0:1

AzNews.az
Bağla X