01:11
(077) 610-22-33

Peşəkar boksçu yenə dünya çempion oldu - VİDEO

  • >
2 545 5 May 2013 09:10 | İdman

Ukraynalı Vladimir Kliçko peşəkar boksçular arasında dünya çempionu titulunu qoruyub.


Almaniyada keçirilən 12 raundluq döyüşdə Vladimir Kliçko italiyalı Françesko Pynetaya 6-cı raundda texniki nokautla qalib gəlib.

İtaliyalı üç dəfə - 4-cü, 5-ci və 6-cı raundlarda döşəməyə yıxılıb. Üçüncü dəfədən sonra hakim belə qərara gəlib ki, Pyaneta döyüşü davam etdirə bilməz.

Beləliklə, Vladimir Kliçko peşəkar rinqdə 60-cı qələbəsini (51 nokaut) qazanıb və cəmi 3 dəfə məğlub olub. Ukraynalı boksçu Beynəlxalq Boks Federasiyasının titulunu 14-cü, Beynəlxalq Boks Assosiasiyasının titulunu 10-cu, Dünya Boks Assosiasiyasının "Superçempion" titulunu isə 4-cü dəfə qoruyub. O, Co Luis və Larri Holmsdan sonra tarixdə çempion titulunun qorunması sayına görə üçüncü yerdədir.//musavat.com//

AzNews.az

Bağla X