20:29
(077) 610-22-33

Mourinyonun həyatının üç önəmli məqamı

  • >
273 5 May 2013 12:00 | İdman

Holland ulduz "İnter"də rəhbərliyi altında oynadığı portuqaliyalı mütəxəssisin "Çelsi"yə dönəcəyinə işarə vurub.


İngiltərənin "The Sun" qəzetinə danışan Sneyder Mourinyonun həyatının üç önəmli məqamından danışıb: "Jozenin ürəyində öncə həyat yoldaşı və uşaqları, sonra "Çelsi" var. Yenidən İngiltərədə işləmək istəməyi sirr deyil. Onu "Çelsi" haqda danışarkən görsəтшяz, İngiltərədə başqa komanda çalışdırmayacağını anlaya bilərsiniz. Bilirəm ki, bir az gülməli alınacaq.

Amma bir şeyi deməliyəm ki, Mourinyo Premyer Liqada və "Çelsi" barədə söhbət açanda, eynən Yeni ildə ata-anasından nə istədiyini söyləyən uşaqlar kimi olur".

Qeyd edək ki, Sneyder Mourinyonun rəhbərliyi altında 2009-2011-ci illərdə "İnter"də Çempionlar Liqasının baş mükafatına, İtaliya çempionluğuna və kubokuna sahib çıxıb.

AzNews.az
Bağla X