17:43
(077) 610-22-33

Zəka ustalarının olimpiadasının tarixi açıqlandı

  • >
278 13 May 2013 20:40 | İdman

2016-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının tarixi açıqlanıb. Lent.az-ın Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəsmi saytına istinadən verdiyi məlumata görə, olimpiada sentyabrın 17-dən 30-dək davam edəcək.

Nüfuzlu yarış müddətində FİDE Konqresi işə başlayacaq. Konqresə sentyabrın 20-dən 30-dək müddət ayrılıb.

2015-ci il Dünya Kubokunun isə dəqiq tarixi hələ məlum deyil. 128 şahmatçının qatılacağı yarış üçün avqust – noyabr ayları müəyyənləşdirilib.

Qeyd edək ki, Dünya Kuboku "Baku Crystal Hall"da baş tutacaq.

AzNews.az
Bağla X