14:15
(077) 610-22-33

İdmançımız qızıl medal qazandı

  • >
366 26 May 2013 18:46 | İdman

Elxan Məmmədov "Masters" seriyalı turnirdə hamıdan güclü olub



Rusiyanın Tümen şəhərində cüdo üzrə elit "Masters" seriyalı turnir keçirilib. ANS PRESS-in Avropa Cüdo Birliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışın ikinci, sonuncu günündə idmançılarımız aktivlərinə iki medal yazdırıblar.

100 kq çəkiyədək cüdoçuların mübarizəsində Elxan Məmmədov finala vəsiqə qazanmağa müvəffəq olub. Finalda hollandiyalı rəqibi Henk Qrolla görüşən idmançımız qələbə qazanaraq qızıl medal qazanıb.

Eyni çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov isə bürünc medal əldə edib. Qeyd edək ki, yarışın ilk günündə cüdoçularımız medalsız qalmışdılar.

AzNews.az
Bağla X