08:27
(077) 610-22-33

Olimpia çempionu marixuana təbliğ etdi

  • >
421 3 İyun 2013 08:40 | İdman

Useyn Boltun bu hərəkəti hiddətlə qarşılanıb




Altıqat Olimpiya çempionu, yamaykalı atlet Useyn Boltun adı yenidən qalmaqalda hallanır. Buna çempionun İnstagram sosial şəbəkəsində paylaşdığı şəkil səbəb olub. Şəkildə atlet "The Pothead Diaries" şirkətinə məxsus köynəkdə şəkil çəkdirib.

Bu şirkətin marixuananın təbliğatı ilə məşğul olduğu məlumdur. Azarkeşlər və narkotika ilə mübarizə cəmiyyətləri beşqat dünya çempionunun bu hərəkətini hiddətlə qarşılayıblar. Atlet sonradan həmin şəkilləri öz səhifəsindən yığışdırıb.

Xatırladaq ki, 2012-ci ilin ən yaxşı idmançısı seçilən Useyn Bolt 2009-cu ildə marixuana çəkdiyini etiraf edib. (anspress)

AzNews.az
Bağla X