23:14
(077) 610-22-33

“Neftçi“ Avropanın “qızıl onluğ“unda

  • >
118 11 İyun 2013 08:05 | İdman

Avropa ölkələrinin çempionatlarında qızıl dubla imza atan klubların siyahısı açıqlanıb




Avropa ölkələrinin çempionatlarında qızıl dubla imza atan klubların siyahısı açıqlanıb. Sözügedən siyahıda Azərbaycan çempionu "Neftçi" də yer alıb.

Qeyd edək ki, "ağ-qaralar" bu mövsüm Premyer Liqanın qalibi olmaqla yanaşı kuboka da sahib çıxdı və bir neçə illik həsrətinə son qoydu. Amma "Neftçi" ilə yanaşı Avropada bu uğura imza atan daha doqquz klub var.

"Qızıl onluq"da yer alan digər klublar bunlardı: "Bayern" (Almaniya), CSKA (Rusiya), Şaxtyor (Ukrayna), Olimpiakos (Yunanıstan), Celtic (Şotlandiya), Legia (Polşa), Dinamo (Tiflis, Gürcüstan), Maribor (Sloveniya) , Slovan (Slovakiya). (Azerisport.az)

AzNews.az
Bağla X