22:29
(077) 610-22-33

Boksçularımız Qazaxıstanda 6 medal qazanıblar

  • >
3 609 28 İyun 2013 16:26 | İdman

Qazaxıstanın Kostanay şəhərində Seul Olimpiadasının mükafatçısı Aleksandr Miroşniçenkonun xatirəsinə həsr edilmiş yeniyetmələr arasında boks turnirinə yekun vurulub.

Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda milli komandamız məşqçilər Elbrus Rzayev və Hüseyn Bağırovun rəhbərliyi altında çıxış edib.

Qazaxıstana yollanan 10 boksçumuzdan 6-sı vətənə medalla dönüb. 57 kq çəki dərəcəsində mübarizə aparan Cavid İsgəndərzadə bütün döyüşlərini qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ümüd Rüstəmov (50 kq) və Mirağa İsmayılov (60 kq) yalnız finalda uduzaraq, 2-ci yerə layiq görülüblər. Elşən Məmmədov (52 kq), Malik Həsənov (46 kq) və Cavidan Verdizadə (54 kq) 3-cü yerlə kifayətləniblər.

AzNews.az
Bağla X