12:36
(077) 610-22-33

Boksçumuz Məhəmməd Abdulhəmidov növbəti mərhələyə vəsiqə qazandı

  • >
572 2 Avqust 2012 07:57 | İdman

London Olimpiadasında ölkəmizi təmsil edən növbəti idmançılar yarışda iştiraka başlayıblar. Boks turnirində çəkisi 56 kiloqramadək olan idmançıların yarışında Məhəmməd Abdulhəmidov yarışa 1/8 finaldan başlayaraq Satoşi Şimizu (Yaponiya) ilə üz-üzə gəlib. Həmyerlimiz ilk raundda 4:2, ikincidə 8:3 qalib gəlsə də, üçüncü raundda 10:12 hesabı ilə məğlub olub. Beləliklə ümumu hesabda Abdulhəmidov 22:17 qalib gələrək Olimpiadada növbəti mərhələyə vəsiqə qazanıb. APA

Bağla X