22:41
(077) 610-22-33

Azərbaycanlı boksçunun görüşünün nəticəsi ləğv edildi

  • >
552 2 Avqust 2012 09:16 | İdman


XXX Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan boksçusu Məhəmməd Abdülhəmidovun (56 kq) qələbəsi əlindən alınıb. Apasport.az saytının məlumatına görə, mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançımız yaponiyalı Şatozi Şimizuya ilə görüşdə qalib elan olunsa da, təşkilatçılar sonradan nəticəni ləğv ediblər.

İlk raundu öndə (4:2) başa vuran Məhəmməd ikinci raundda hesabı 12:5-ə çatdırmaqla, rəqibini nokdauna salıb. O, üçüncü raundda da üstünlüyünü əldən verməyib və döyüşü 22:17 hesabı ilə başa vurub. Abdulhəmidov bu qələbə ilə 1/4 finala yüksəlsə də, sonradan Olimpiadanın rəsmi saytında Hakimlər Kollegiyasının qərarına əsasən yapon boksçunun qalib gəldiyi bildirilib. Qeyd edək ki, boksçularımızdan Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq) və Vətən Hüseynli (81 kq) mübarizəni dayandırıblar.


AzNews.az

Bağla X