03:06
(077) 610-22-33

AİBA qərarın səbəblərini açıqladı

  • >
476 3 Avqust 2012 15:11 | İdman

"Ağacan Əbiyev AİBA-nın Davranış Qaydalarını pozub"


Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) hazırda Londonda keçirilən XXX Yay Olimpiya Oyunları ilə bağlı bir sıra qərarlar verib. Apasport.az saytının AİBA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, AİBA olimpiadada boks yarışlarına hakimlik edən türkmənistanlı İşanqulu Meretniyazovun yarışlardan kənarlaşdırılması haqqında qərar qəbul edib. Almaniyalı hakim Frank Şarmax da hakimlik hüququndan müvəqqəti olaraq məhrum edilib. O avqustun 6-dək Olimpiya Oyunlarında hakimlik edə bilməyəcək. AİBA-nın digər qərarı isə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) texniki əməkdaşı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyevlə bağlı olub. Qərara əsasən A.Əbiyev AİBA-nın Davranış Qaydalarını pozduğuna görə, AİBA nümayəndələrinin qaldığı oteldən uzaqlaşdırılıb. AİBA prezidenti Çinq-Kuo Vu belə qərarların qəbulundan təəssüfləndiyini bildirib.


AzNews.az

Bağla X