23:08
(077) 610-22-33

Hüseyn Bolt qızıl medalını qorudu

  • >
429 6 Avqust 2012 09:14 | İdman

Dünya rekordçusu 100 metrlik qaçışda birinci olub

Yamaykalı qaçış üzrə dünya rekordçusu Hüseyn Bolt, öz həmyerlisi Yohan Bleyk və amerikalı Castin Qetlini qabaqlayaraq 100 metr üzrə qaçışda birinci yerə çıxıb. AzNews.az-ın BBC-yə istinadən yaydığı məlumata görə, olimpiya tarixində ilk dəfə 100 metr üzrə qaçışda 8 finalçıdan 7-si məsafəni 10 saniyədən tez qaça bilib. Xatırladaq ki, Boltun Yamaykada qaçış yarışlarında Bleykə uduzması olimpiya oyunlarında da uğurlu çıxış edə bilməyəcəyi barədə şayiələrin yaranmasına səbəb olmuşdu. Artiq 100 metr üzrə qaçışda birinciliyə sahib olan Boltun irəlidə daha iki medal qazanmaq şansı da var. BBC Sport-a açıqlama verən Bolt, " Startda yaxşı başlamadığıma görə biraz narahat oldum, ancaq sonra bu fikri özümdən uzaqlaşdırdım və sonda qalib gəldim", fikirlərini səsləndirib.


Vasif

AzNews.az

Bağla X