23:00
(077) 610-22-33

Avropa çempionatı Bakıda keçiriləcək

  • >
649 6 Dekabr 2013 18:36 | İdman

2017-ci ildə Bakıda ağırlıqqaldırma üzrə Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu barədə Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Urso açıqlama verib.

O bildirib ki, bununla bağlı Azərbaycan Ağır Atletika Federasiyası ilə danışıqlar aparılıb. Ursonun fikrincə, Azərbaycanda ağırlıqqaldırmanın inkişafı üçün əlverişli şərait var: "Sabahdan bu istiqamətdə addımlar atmağa başlayacağıq. Hesab edirəm ki, 2014-cü ildə yekun qərar qəbul ediləcək. Yarışın hansı idman qurğusunda keçirilməsi təşkilati işlərlə bağlı məsələdir. Bu məsələdə problem olacağını düşünmürəm"


AzNews.az
Bağla X