Millimiz 2014-cü ilə qələbə ilə başladı

Azərbaycan millisi bu gün cari ildə ilk oyununa çıxıb.


Trend-in məlumatına görə, komandamız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Filippin yığması ilə qarşılaşıb.
Hesabı 26-cı dəqiqədə Elvin Yuniszadə açıb. Matçda başqa qol qeydə alınmayıb və millimiz ilk dəfə qarşılaşdığı Filippinlə oyundan qalib ayrılıb - 1:0.

AzNews.az