19:17
(077) 610-22-33

Dünya çempionatı təxirə salındı

  • >
480 29 Avqust 2012 14:55 | İdman

Boks üzrə gənclər arasında dünya birinciliyi Tailandda keçirilməyəcək. Azərbaycan Boks Federasiyasından AzNews.az-a verilən məlumata görə, yarışın öncədən oktyabrda təşkil olunması planlaşdırılsa da, AIBA turnirin təxirə salındığını açıqlayıb. Dünya birinciliyinin nə vaxt və harada keçiriləcəyi barədə məlumat Beynəlxalq Həvəskar Boks Assosiyasiyası tərəfindən bildiriləcək.

Qeyd edək ki, gənclər arasında son dünya birinciliyini 2010-cu ilin aprelində Bakıda keçirilib. Həmin yarışda boksçularımızdan Salman Əlizadə və Şaban Şahpələngov qızıl, Elvin İsayev isə bürünc medala layiq görülmüşdü.

AzNews.az
Bağla X