- Köhnə - İdman
- 8 Aprel 2014 12:23
- 3 490
AFFA klubları cərimələdi
AzNews.az AFFA-nın saytına istinadən xəbər verir ki, turun "Xəzər Lənkəran" - "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Neftçi" - "Bakı" matçının 2, 42, 49, 80-cı dəqiqələrində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
"Rəvan" - "Sumqayıt" matçında stadionda PFL və Respect bayraqları asılmadığı üçün meydan sahibi klub 1000 manat cərimə olunub.
AzNews.az