18:46
(077) 610-22-33

Rövnəq Abdullayev “Neftçi”nin qələbəsindən danışdı

  • >
523 31 Avqust 2012 09:36 | İdman

"Olimpiya Oyunlarında əldə olunmuş uğurlardan sonra idman ictimaiyyətimiz üçün növbəti hədiyyədir”



AFFA-nın prezidenti Rövnəq Abdullayev "Neftçi" klubunun UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə idman ictimaiyyətini təbrik edib. AzNews.az saytı xəbər verir ki, futbol qurumumuzun başçısı bakılıların növbəti oyunlarda da uğurlar qazanacağına şübhə etmir. "Çox sevindirici haldır ki, Azərbaycan futbolunun tarixində daha bir əlamətdar ilkin şahidi olduq. Futbol tariximizdə ilk dəfə təmsilçimizin UEFA klub yarışlarında qrup mərhələsinə vəsiqə qazanması böyük uğurdur. Bu münasibətlə "Neftçi" klubunun kollektivini və ölkəmizin futbol ictimaiyyətini təbrik edirəm.

Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən "İdman ili" elan olunmuş 2012-ci ildə bu uğurun qazanılması ölkə idmanının inkişafına bir töhfədir. London Yay Olimpiya Oyunlarında əldə olunmuş uğurlardan sonra futbol sahəsində də qazanılan bu müvəffəqiyyət idman ictimaiyyətimiz üçün hədiyyədir. Bu, eyni zamanda, futbolun inkişafı məqsədilə seçilmiş istiqamətin, müəyyənləşdirilmiş strategiyanın düzgün olmasının göstəricisidir.

Əminəm ki, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəalarına uyğun olaraq həyəta keçirilən tədbirlər nəticəsində daha böyük nailiyyətlər qazanılacaq. "Neftçi" klubuna UEFA Avropa Liqasının qrup mərhələsində də uğurlar arzulayıram", - deyə Abdullayev bildirib.

Emin Abbasov
AzNews.az
Bağla X