12:24
(077) 610-22-33

Türkiyə Futbol Federasiyasından Azərbaycan bayrağına hörmətsizlik - Eksklüziv

  • >
2 225 10 Sentyabr 2012 13:09 | İdman

Avropada yaşayan azərbaycanlı və türklər onlara qarşı hiddətləniblər



AzNews.az xəbər verir ki, sentyabrın 7-də futbol üzrə DÇ-2014 qrup qarşılaşması çərçivəsində Amsterdam Arenada baş tutan Hollandiya – Türkiyə oyunundan əvvəl Azərbaycan bayraqları stadiona buraxılmayıb. Bu barədə məlumatı oyunda iştirak edən Kayı Xan Kömür adlı şəxs verib.

Almaniyada yaşayan soydaşımız stadionun türklər üçün ayrılan sektorunda baş verən xoşagəlməz hadisəni belə şərh edib: "Biz türklər üçün ayrılan sektora əlimizdə Azərbaycan bayraqları ilə daxil olmaq istəyirdik. Lakin Türkiyə Futbol Federasiyasının (TFF) rəsmisi Aytekin Yörük əllərində Azərbaycan bayrağı olan azərbaycanlı və türk fanatlara qarşı kobud davranaraq, bayraqların bizdən alınmasına göstəriş verdi".

Soydaşımız onu da əlavə edib ki, stadionun hollandlar üçün nəzərdə tutulan sektorunda təkcə Hollandiyanın deyil, dünyanın digər ölkələrinin də bayraqları buraxılıb. Elə buna görə də, Avropada yaşayan azərbaycanlı və türklər onlara qarşı xüsusi amansızlıq göstərən Türkiyə Futbol Federasiyasının rəsmisi Aytekin Yörükün anlaşılmaz davranışını hiddətlə qınadıqlarını bildiriblər.

Qeyd edək ki, analoji hadisə 2009-cu ilin oktyabrın 14-də Bursa şəhərində keçirilən Türkiyə - Ermənistan futbol qarşılaşması zamanı da baş vermişdi.

Yerigəlmişkən, 2011-ci ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision-2011" mahnı müsabiqəsinin qaliblərindən biri Nigar Camal qələbə elan edildikdən sonra səhnəyə türk bayrağı ilə çıxaraq, bütün türk dünyasının rəğbətini qazanmışdı.

Elxan
AzNews.az
Bağla X