13:18
(077) 610-22-33

Ronaldo məhkəməyə verildi

  • >
1 779 1 Avqust 2014 12:10 | İdman

ABŞ-da yaşayan Kristofer Renzi ulduz futbolçu Kriştiano Ronaldonu məhkəməyə verib.

ANS PRESS-in məlumatına görə, "Real Madrid" və Portuqaliya millisinin formasını geyən futbolçu ABŞ-da məhkəmə qarşısına çıxacaq.

Ronaldonun sahibi olduğu CR7 markasının ad hüququnun özündə olduğunu iddia edən Renzi haqlı olduğunu düşünür. Kristofer Ronaldonun buna görə cavab verməli olacağını bildirib:

"Ronaldo dünya səviyyəsində bir ulduz ola bilər. Mənim xəyalımda belə görə bilməyəcəyəm pulları qazanır, Facebook səhifəsini milyardlarla insan bəyənir. İstehsal etdirdiyi alt paltarlarını milyonlara satır. Ancaq bu adı ilk dəfə mən istifadə etmişəm".

Patent şirkətindən məktub aldığını deyən Renzi bunu sübut edəcəyini düşünür. Ronaldo da öz növbəsində CR7 markasını Renziden daha əvvəl istifadə etdiyini sübut etməyə çalışacaq. Əks halda Ronaldo ya xeyli miqdarda ödəniş edərək ad haqqını satın alacaq, ya da özünə yeni bir marka yaradacaq.

Qeyd edək ki, CR7 Ronaldonun alt paltarları geyimlərinin marka adı olaraq istifadə olunur.

AzNews.az
Bağla X