02:06
(077) 610-22-33

“Qarabağ”ın ulduzu: “Millidə oynamaq istərdim”

  • >
1 363 5 Avqust 2014 08:10 | İdman

"Qarabağ" klubunun braziliyalı hücumçusu Reynaldo millimizin baş məşqçisi Berti Foqtsun onun barəsində dediklərinə münasibət bildirib. AzNews.az xəbər verir ki, "sambaçı" Foqtsun "Reynaldo və Almeyda millidə oynasaydılar, şübhəsiz əsas heyətin üzvü olardılar" fikrini şərh edərkən özünün də ölkəmizin əsas komandasında çıxış etmək istədiyini dilə gətirib:

"Azərbaycan milli komandasının baş məşqçisindən belə sözlər eşitmək çox xoşdur. Mən də istərdim ki yığma komandada forma geyinim. Bu barədə mənə sosial şəbəkələrdə də yazırlar".

Qeyd edək ki, Berti Foqts bir neçə gün öncə jurnalistlərə açıqlamasında bildirmişdi ki, sözügedən iki futbolçu onun sərəncamında olacağı təqdirdə Avro-2016-nın seçmə mərhələsində üçüncü yeri tutacaqlarına söz verir

İntiqam Valehoğlu
AzNews.az
Bağla X