04:58
(077) 610-22-33

Berti Foqts və Paulo Bentu dünənki oyundan danışdılar

  • >
623 12 Sentyabr 2012 08:48 | İdman

Hər iki məşqçi öz komandaların oyunlarını şərh edib



"Portuqaliyanı təbrik edirəm. Rəqib güclü oynadı. Biz istəmədən onlara qol vurmaları üçün şərait yaratdıq. Dörd gündə iki oyun oynamaq çətindir". Qol.az-ın məlumatına görə, bu sözləri "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində səfərdə Portuqaliya ilə qarşılaşan millimizin baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssisin sözlərinə görə, rəqib ikinci hissədə təzyiqi artırıb: "Biz çoxlu səhvlərə yol verdik. 70-75-ci dəqiqədən sonra komanda fiziki olaraq çatdıra bilmədi. Mənim komandam üçün asan deyildi. Ümid edirəm ki, bizim futbolçular öz səhvlərindən nəticə çıxaracaq. Portuqaliya güclü rəqibdir. Belə komandalarla oyunda komandamız təcrübə yığır. Komandada hansısa oyunçunu xüsusi olaraq fərqləndirmək düzgün olmazdı. Udanda da, uduzanda da komanda şəklində çıxış edirik".

Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu millimizlə oyundan sonra (3:0) sonra keçirilən mətbuat konfransında öz komandasından razılıq edib:

"İlk hissədə saysız-hesabsız qol vəziyyətlərimiz oldu. Lakin fasiləyə qolsuz bərabərliklə yollandıq. Düşünürəm ki, bu, ədalətsiz nəticə idi. İkinci hissədə komandam təzyiqi artırdı və təşəbbüsü tamamilə ələ aldı. Daha sonra mən oyunu "oxudum" və Migel Velosonu Silvestr Varela ilə əvəzlədim ki, bu da öz bəhrəsini verdi.

Matçın sonlarına doğru rəqib artıq yorulmuşdu. Komandamın oyunundan razı qaldım və futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Azarkeşlərimizə də çox sağ ol deyirəm. Sonadək bizi dəstəklədilər. 30 min tamaşaçı önündə mütləq qələbə qazanmalı idik".

AzNews.az
Bağla X