17:36
(077) 610-22-33

Rövnəq Abdullayev: “Qarabağ” Azərbaycanda futbolun inkişaf etdiyini bir daha təsdiqlədi”

  • >
655 29 Avqust 2014 08:35 | İdman

"Azərbaycan çempionu kimi beynəlxalq oyunlarda qüvvəsini sınayan "Qarabağ" komandası Avropa Liqasının qrup mərhələsinə qədər keçirdiyi bütün oyunlarda yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək, ölkəmizin futbol ictimaiyyətinə böyük bir sevinc bəxş etdi".

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Qurum rəhbəri "Qarabağ" komandasını Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə təbrik edərək, fikirlərini assosiasiyanın rəsmi saytına bildirib: "Bu nailiyyətlərin qazanılmasında böyük azarkeş dəstəyinin də mühüm rol oynadığını xüsusilə vurğulamaq istərdim. "Qarabağ" ən güclü rəqibləri ilə də gərgin mübarizə apararaq ölkəmizdə futbolun son illər inkişaf etdiyini uğurlu çıxışları ilə bir daha təsdiqlədi. Ümid edirəm ki, komanda qrup mərhələsində də peşəkarlığı, əzmkarlığı və baxımlı oyunu ilə azarkeşlərini sevindirəcək və ölkə futbolunun tarixində rekorda nail olacaq. Ölkəmizin futbol ictimaiyyəti adından komandanın rəhbərliyini və bütün üzvlərini səmimi qəlbdən təbrik edir və daha böyük uğurlar arzulayıram".

Qeyd edək ki, Bakıda "Tvente" ilə 0:0 hesablı heç-heçə edən "Qarabağ" Hollandiyadakı bərabərlikdən (1:1) sonra səfər qolu sayəsində qrup mərhələsinə yüksəlib.

AzNews.az
Bağla X