08:39
(077) 610-22-33

“Partizan” Bakıya kəşfiyyatçı göndərdi

  • >
353 15 Sentyabr 2012 08:17 | İdman

Azərbaycan Premyer Liqasının V turunun "Neftçi" – "Xəzər Lənkəran" oyununu əcnəbi məşqçi də izləyəcək. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "ağ-qaralar"ın rəqibi olan Serbiya "Partizan"ı bu qarşılaşmaya nümayəndəsini göndərib.

Sabah baş tutacaq "Böyük oyun"u izləyənlər sırasında Belqrad təmsilçisinin çalışdırıcısı Aleksandr Roqiç də olacaq. Baş məşqçi Vladimir Vermezoviç 1-ci köməkçisini Bakıya göndərməklə sentyabrın 20-də baş tutacaq matç öncəsi rəqib haqda dolğun bilgi almaq niyyətindədir.

Qeyd edək ki, Roqiçin izləyəcəyi "Neftçi" – "Xəzər Lənkəran" oyunu Bakıxanov qəsəbə stadionunda baş tutacaq.

AzNews.az
Bağla X