21:52
(077) 610-22-33

ABŞ və Fransa Azərbaycanda

  • >
634 19 Sentyabr 2012 08:32 | İdman

AzNews.az xəbər verir ki, FIFA U-17 qadınlararası dünya çempionatında iştirak edəcək komandaların ölkəmizə gəlişi davam edir. Azərbaycana təşrif buyuran növbəti komandalar ABŞ və Fransa yığmaları olub.

Dünya çempionatının rəsmi maskotu Top Top Qız bu dəfə də qarşılama ənənəsinə sadiq qalaraq, qonaqları hava limanında qarşılayıb və onlara gül buketləri təqdim edərək qonaqpərvərliyini nümayiş etdirib.

Daha sonra qrup şəkli çəkdirən ABŞ və Fransa milli komandasının oyunçuları qalacaqları otelə yola düşüblər. Qeyd edək ki, komandalar bu cür diqqətli və qonaqpərvər qarşılanmadan, mehriban münasibətdən məmnun olduqlarını bildiriblər.

AzNews.az
Bağla X