19:12
(077) 610-22-33

Qvardiola Milan klublarından birini çalışdıra bilər

  • >
488 28 Sentyabr 2012 14:49 | İdman

"Barselona" futbol komandasının keçmiş baş məşqçisi Xosep Qvardiola İtaliyanın Milan şəhərinin klublarından birini çalışdıra bilər. Bunu xarici idman KİV-lərinə İtaliyanın "Breşiya" klubunun keçmiş baş məşqçisi Karlo Matsone bildirib.

Bir vaxtlar Qvardiolanın məşqçisi olmuş Matsone deyib ki, Pepin məşqçi kimi növbəti iş yeri Milan şəhəri olacaq. Lakin italyan mütəxəssis Qvardiolanın həmin şəhərin "Milan" və yaxud "İnter" klubunu çalışdıracağını dəqiqləşdirməyib.

"Pep mənə zəng etmişdi və dedi ki, yaxın zamanlarda Milana gələcək. Səfərinin məqsədini soruşanda o, həm gəzmək, həm iş üçün gələcəyini dedi", - Matsone bildirib. Qeyd edək ki, əvvəl "Barselona"da Qvardiolanın rəhbərliyi altında oynamış Boyan Krkiç də onun "Milan" klubuna keçəcəyini demişdi.

AzNews.az
Bağla X