- Köhnə - İdman
- 18 Mart 2015 18:30
- 2 665
“Bakı“, “Xəzər Lənkəran“ və “Sumqayıt“ məğlub oldu
Bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçirilir.
Trend-in məlumatına görə, "Bakı" doğma meydanda "Simurq"u qəbul edib. Paytaxtın autsayder klubu bu dəfə də məğlub olub - 0:3.
"Qarabağ" "Sumqayıt"ın qonağı olub. Ağdam təmsilçisi Reynaldonun dublu sayəsində qələbə qazanıb - 1:2.
Son vaxtlar baxımlı oyun sərgiləyən AZAL "Xəzər Lənkəran"ı sınağa çəkib. Oyunda hesabı qonaqlar açsa da, "təyyarəçilər" toparlanaraq rəqib qapısından 3 top keçirə biliblər - 3:1.
Tura bu gün "İnter" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.