- Köhnə - İdman
- 19 Mart 2015 15:52
- 4 537
Yaşar Seyidov istefa verdi
“Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov istefa verib.
AzNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o istefa ərizəsini klub prezidentinə martın 12-də təqdim edib.
Klubun prezidenti Hafiz Məmmədov "Qafqazinfo"ya açıqlamasında Yaşar Seyidovun istefasını dünən qəbul etdiyini bildirib: "Yaşar Seyidov artıq "Bakı"dan ayrılıb. O, martın 12-də istefa ərizəsini yazıb. Biz də bunu qəbul etdik".