11:19
(077) 610-22-33

Millət vəkili qalib idmançılarla görüşdü - FOTO

  • >
2 225 2 Aprel 2015 11:52 | İdman

Bu günlərdə Portquliyanın Vaqos şəhərində WAC versiyası üzrə keçirilən yarışda qalib gələn qızıl medal mükafatçıları Eduard Məmmədov və Ramal Aslanov(Lord), gümüş medal mükafatçısı Elnur Həmidov Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyevlə görüşüblər.



Millət vəkili idmançılarımızı təbrik edərək, onlara uğurlar arzulayıb.
O, Azərbaycanda Prezident İlham Əliyevin sayəsində idmanın müxtəlif sahələrinin inkişaf etdiyini və bu sahədə müvəffəqiyyətlərin günü-gündən artığını qeyd edib. "Ölkə rəhbərliyi tərəfindən idmana ən yüksək səviyyədə dəstək var. Bu dəstəyin nəticəsidir ki, idmançılarımız Azərbaycan bayrağını beynəlxalq yarışlarda yüksəklərə qaldırırlar. Qarşıdan gələn Avropa yay oyunlarının keçirilməsi də ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir",-deyə millət vəkili əlavə edib.

Elnur Eltürk
AzNews.az

Bağla X