21:55
(077) 610-22-33

Daha bir neçə bank bağlanacaq- Ekspert

  • >
2 197 20 Aprel 16:52 | İqtisadiyyat

“Azərbaycanda yaxın müddətdə bankların sayı 20-dək azalacaq.”

AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov bankların bağlanmasına münasibətində deyib. Onun sözlərinə görə, hazırda öz funksiyalarını tam yerinə yetirə bilməyən banklar var:

“Təbii ki, prosesdə vətəndaşların ziyan çəkməməsi üçün sığortalanmayan əmanətlərin ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Son müflisləşən 10 bankda sığortalanmayan əmanətlərin verilməsi ilə bağlı çətinliklər qalmaqdadır.”

Vüqar Bayramov sığortalanmayan əmanətlərin qaytarılmasında problemlərin olduğunu vurğulayıb:

“Bu məsələdə bank rəhbərlərinin məsuliyyət və öhdəliklərinin gücləndirilməsi ilə bağlı yeni mexanizmlərin işlənib tətbiq edilməsinə ehtiyac var. Bankların sayının azalması prosesinin ağrısız olması üçün isə bankların müflisləşməsi deyil, konsolidasiyasının təşviq edilməsi vacibdir.”

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X