- Köhnə - İqtisadiyyat
- 4 May 2017 18:18
- 3 639
Mərkəzi Bank ötən il 703 mln. manat məbləğində pul nişanlarını məhv edib
Azərbaycan Mərkəzi Bankı (AMB) ötən il ərzində çap şirkətindən 9 mln. 432 min manat məbləğində yeni pul nişanları təhvil alıb.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu barədə "PricewaterhouseCoopers Azerbaijan" şirkəti tərəfindən aparılan audit hesabatında qeyd edilib.
Məlumata görə, AMB 2016-cı ildə 702,666 mln. manat məbləğində pul nişanlarını məhv edib.
Xatırladaq ki, 2015-ci ildə AMB 790,191 mln. manat məbləğində yeni pul nişanları təhvil alıb, 1 mlrd. 752,022 mln. manat məbləğində pul nişanlarını məhv edib.